DİN -dən AXCP üzvünün saxlanılması ilə bağlı açıqlama - VİDEO

Vətəndaş Laçın Vəliyevin konkret cinayət əməlinə görə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şərlənərək saxlanılması ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən iddialar yayılır.
DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Avtosfer.az-a bildirib ki, bu iddiaların heç bir əsası yoxdur, L.Vəliyev narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edir və bu araşdırmalarla sübuta yetirilib:
"Onun üzərindən hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı satış məqsədilə qanunsuz olaraq, istintaqla mənbəsi araşdırılan, şəxsi istehlak miqdarından artıq narkotik maddə 4,791 qr metamfetamin, 6,474 qr heroin aşkarlanıb. Eləcə da ona təyin edilən müvafiq tibbi müayinənin nəticələrinə görə, narkotik vasitələrin istifadəçisi olması məlum olub.
Fakt üzrə Sabunçu RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlayıb. Hazırda istintaq hərəkətləri davam etdirilir".
Qeyd edək ki, L.Vəliyev AXCP üzvüdür.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












