DİN-dən Goranboyda qaçırıldığı iddia edilən 14 yaşlı qızla bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə Goranboyda 14 yaşlı qızın qaçırıldığına dair məlumatlar yayılıb.
Oxu.Az xəbər verir ki, paylaşımlarda rayonun Goranlı kənd sakini 14 yaşlı qızın evlilik məqsədilə qaçırıldığı iddia edilir.
Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Goranlı kəndində 14 yaşlı qızın qaçırılması barədə polisə müraciət daxil olub:
“Daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə yeniyetmə qızın yeri müəyyən edilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, qızın qaçırılmasına dair iddialar əsassızdır. Belə ki, 14 yaşlı qız öz istədiyi ilə həmkəndlisinin yaşadığı evə gələrək ona evlərindən qaçdığını bildirib. Polis əməkdaşları yeniyetmə qızı ailəsinə təhvil verib. Hadisə barədə araşdırmalar davam etdirilir”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












