DİN-dən yol polisinə 100 manat rüşvət verdiyinə görə həbs olunduğu iddia edilən şəxslə bağlı REAKSİYA

Azərbaycanda polisin vətəndaşı haqsız yerə həbs etməsi barədə iddialar yayılıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
İddia olunub ki, Əliyev Anar Tahir oğlu yol polisinə rüşvət verdiyi üçün həbs olunub.
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Anar Əliyev törətdiyi əmələ görə həbs olunub:
“Bir müddət idi ki, Suraxanı Rayon Polis İdarəsində Anar Əliyevin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları var idi. Həmin gün də o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, üzərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin aşkar olunub.
Suraxanı Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Onu da əlavə edim ki, Anar Əliyev bundan əvvəl də iki dəfə məhkumluq həyatı yaşayıb. Ona görə də yol polisi ilə bağlı səsləndirilən ittihamların bu məsələ ilə heç bir əlaqəsi yoxdur. O, konkret əməlinə görə həbs olunub”.
A.Qafarov qeyd edib ki, görüntülərdə əks olunan yol patrul xidmətinin əməkdaşı barədə də artıq tədbir görülüb:
“O, işində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib”.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












