DİN-dən Vətən müharibəsi iştirakçısının polis tərəfindən döyülməsi iddialarına CAVAB

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Vətən müharibəsi iştirakçısı Kənan Aşurovun əsassız olaraq Ağstafa Rayon Polis Şöbəsinə gətirilməsi, orada döyülməsi və təhqir olunması ilə bağlı məlumatlar dərc edilib.
Oxu.Az xəbər verir ki, bu məsələ cəmiyyətdə ciddi müzakirələr səbəb olub. Mövzuya aydınlıq gətirmək məqsədilə Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.
DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, iyul ayının 31-də Ağstafa rayon Yenigün kənd sakini Tural Vəliyevin döyülərək müxtəlif bədən xəsarətləri almasında şübhəli bilinən həmin kənd sakini Kənan Aşurov Ağstafa Rayon Polis Şöbəsinə (RPŞ) dəvət edilib:
“Lakin sonuncu polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək cəmiyyət içərisində qeyri-adekvat hərəkətlər nümayiş etdirib. Daha sonra K.Aşurov RPŞ-də öz xuliqanlıq hərəkətlərini davam etdirərək şöbə əməkdaşlarına nalayiq ifadələr işlədib, Vətən müharibəsi iştirakçı olduğuna görə etdiyi qanunsuzluqlara göz yumulmalı olduğunu, polisə gətirilməməli olduğunu bildirib və inzibati binada xidmət göstərən polis əməkdaşlarının xidmətinə mane yaradıb.
Daha sonra K.Aşurovun anası İlhamə Aşurova da polis şöbəsinə gələrək övladının qeyri-adekvat hərəkətlərini dəstəkləyib və polis əməkdaşlarına nalayiq ifadələr işlədib. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs həmin maddə ilə təqsirli bilinərək, K.Aşurov xəbərdarlıq, İlhamə Aşurova isə 50 manat miqdarında cərimə edilib”.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












