DİN Fuad Muradovun saxlanılması xəbərinə münasibət bildirdi

Daxili İşlər Nazirliyi özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən Fuad Muradovun saxlanılması xəbərinə münasibət bildirib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hüquqşünas Aslan İsmayılovun müraciəti əsasında Furad Muradov polisə dəvət olunub.
Onun izahatı alınıb və sərbəst buraxılıb. Hazırda həmin müraciət əsasında araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Aslan İsmayılov özünün feysbuk hesabında Fuad Muradovla bağlı paylaşım edib. O bildirib ki, uzun müddətdir sosial şəbəkələrdə ictimai aktiv şəxsləri küçə söyüşləri ilə təhqir edən F.Muradov haqqında qanuni tədbirlərin görülməsi üçün 10 sentyabr tarixində DİN-ə ərizə ilə müraciət edib. İsmayılovun sözlərinə görə, o, bu gün ərizə ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib və sübutları təqdim edib.
"Ərizə üzrə araşdırma davam edir. F.Muradov şübhəli şəxs kimi saxlanılıb və hal-hazırda adıçəkilən idarədədir", - deyə o, qeyd edib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












