DİN: Hacıqabulda qadının kürəkəni tərəfindən döyülməsi faktı araşdırılır

Bəzi sosial şəbəkə səhifələrində Hacıqabul rayon sakini olan qadının kürəkəni tərəfindən döyülməsi və bu məsələnin araşdırmaması ilə bağlı iddialar paylaşılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, rayon polis şöbəsi tərəfindən şikayətə baxılmaması ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Belə ki, avqustun 20-də Hacıqabul rayon sakini Süriyya Xudayarovanın sifət nahiyəsindən aldığı xəsarətlərlə əlaqədar Hacıqabul RMX-na müraciət etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Eləcə də zərərçəkən qadın və qızları Rayon Polis Şöbəsinə müraciət edərək, həmin hadisə barədə məlumat veriblər.
Daxil olmuş məlumat və müraciətlərlə əlaqədar dərhal Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, zərərçəkənin və yaxınlarının izahatları alınıb.
Aparılan araşdırmalar nəticəsində S.Xudayarovaya kürəkəni M.Nəzərov tərəfindən xəsarət yetirildiyi müəyyən edilib.
Hazırda faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












