DİN iddialara cavab verdi

Daxili İşlər Nazirliyi bəzi sosial şəbəkə səhifələrində daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri ilə bağlı tirajlanan iddialara münasibət bildirib.
DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, təqsirləndirilən şəxslərin azadlığa buraxılması halları ilə bağlı iddialar kökündən yalnış olmaqla, qərəzlidir:
“Polis tərəfindən cinayət qanunvericiliyi ilə müəyyən olunan, cəza təhdidi altında qadağan olunan ictimai təhlükəli əməllərə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunan heç bir şübhəli, yaxud təqsirləndirilən şəxsin istintaqına xitam verilməyib.
Əgər hansısa polis orqanında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı hansısa formada şübhəli, yaxud təqsirləndirilən şəxsin istintaqdan yayındırılması ilə bağlı fakt, əsaslı iddia varsa, bu, Daxili İşlər Nazirliyinə təqdim oluna bilər. Anonimlik təmin olunacaqdır.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri kampaniya xarakteri daşımır”.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











