Bakının giriş-çıxışlarında karantin postları qurulur? - DİN-dən AÇIQLAMA - FOTO

Son günlər sosial şəbəkələrdə karantin postlarının qurulmasına hazırlıq getdiyinə dair məlumatlar paylaşılır. Bu da əhali arasında geniş müzakirələrə səbəb olub. Avtosfer.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti ilə əlaqə saxlayaraq yayılan məlumatlar əsasında onlara hər hansı təlimatın verilib-verilmədiyini soruşub. DİN-nin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov yayılan məlumatlara cavab olaraq bildirib ki, bu məsələ ilə bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilə bilər: “Operativ Qərargah tərəfindən bizə heç bir təlimat verilməyib. Karantin postları ilə bağlı heç bir hazırlıq işləri aparılmır. Məlumatı Operativ Qərargah ilə dəqiqləşdirməyiniz yaxşı olar”.
Xatırladaq ki, sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının qurulmasına hazırlıq getdiyinə dair məlumatlarla yanaşı, fotolar da paylaşılır. Sosial şəbəkələrdə gedən müzakirələrdə yaxın günlərdə yenidən sərt karantinin tətbiq olunacağı iddia edilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO













