DİN yanında İctimai Şuradan örnək addım - FOTO

"Maraqlar toqquşmasına yol verilməsinin qarşısının alınması haqqında" bəyanat verildi
DİN yanında İctimai Şura “Maraqlar toqquşmasına yol verilməsinin qarşısının alınması haqqında" bəyanat qəbul edilib. Bəyanat Şura və onun üzvlərinin fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin olunması, qərəzsiz olması, obyektivlik prinsiplərinin qorunması məqsədilə qəbul edilib. Maraqlar toqquşması hallarının yolverilməzliyi və onların qarşısının alınması haqqında müddəalar və nəzərdə tutulan məsuliyyət Şuranın Etik Davranış Kodeksində də öz əksini tapıb. Bəyanatda deyilir:
"Daxili İşlər Nazirliyi yanında İctimai Şura şəffaflıq, hesabatlılığın yüksək standartlarına riayət edilməsini, maraqlar toqquşmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməsini ictimai maraqlara cavab verən fəaliyyətin əsas şərtlərindən biri kimi nəzərdən keçirir.
İctimai Şura hesab edir ki, ictimai etimadın əsas məsələlərindən biri onun qərəzsiz, obyektiv fəaliyyətinə mane ola biləcək, şübhələr yaradacaq və kölgə salacaq hal və hərəkətlərə yol verilməməsidir. İctimai Şura öz fəaliyyəti ilə əlaəqdar, bu cür hal və hərəkətlərə qarşı barışmaz mövqe tutacaqdır və bu mövqe Şura üzvlərinin ümumi rəy və iradəsinə əsaslanır.
Bu qeyd olunanlara əsas tutaraq İctimai Şura üzvləri bəyan edirlər ki, maraqlar toqquşmasının qarşısının alınması məqsədilə DİN-in keçirdiyi qrant və digər müsabiqələr, həmçinin bütün növ satınlamalarda iştirak etməyəcəklər.
İctimai Şura üzvləri ictimai əsaslarla fəaliyyət göstərmək prinsipinə sadiq qalaraq İctimai Şuranın üzvü kimi onun fəaliyyəti ilə əlaqədar maddi və sair nemətlərin, güzəştlərin, imtiyazların əldə olunmasını nəzərdə tutan heç bir hərəkətə yol verməyəcəklər".
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












