DİQQƏT! Sabah bu rayonlarda qaz təchizatı dayandırılacaq

Sabah, mayın 12-də saat 09:00-dan işlər başa çatanadək Bakı şəhərinin bəzi qəsəbələrinin və Abşeron rayonunun qaz təchizatı dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 5-ci km-dən ayrılan “Novxanı qolu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə, sabah işlər başa çatanadək qaz təchizatı dayandırılacaq. Təmir aparılan müddətdə Abşeron rayonu üzrə Novxanı kəndinin, Binəqədi rayonu üzrə Binəqədi kəndinin, Gülüstan yaşayış massivinin və Mədən ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Təmir işlərinin günün 1-ci yarısında yekunlaşdırılaraq qaz təchizatının bərpası planlaşdırılır.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA











