Dövlət Agentliyi “Baykar” şirkəti ilə əməkdaşlığı gücləndirir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar ilə görüşüb.
Qurumdan bildirilib ki, görüş zamanı “Baykar” şirkətinin və “Türkiyə Texnoloji Takımı”nın “Deneyap” proqramının Azərbaycanda icra olunması istiqamətində danışıqlar aparılıb. “Deneyap” proqramı uşaq və gənclər üçün iki illik təlim və bir il ərzində layihə hazırlanmasından ibarət texnoloji təhsil proqramıdır. Proqramın məqsədi texnologiyaların inkişafı üçün gənclərin tədqiqat və bacarıqlarının artırılmasıdır.
Müvafiq əməkdaşlıq çərçivəsində dövlət agentliyi ilə “Baykar” şirkəti, həmçinin “Türkiyə Texnoloji Takımı” arasında innovasiya və texnoloji təhsil sahəsində imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə də fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Baykar” şirkəti ilə dövlət agentliyi arasında əməkdaşlıq 2020-ci ilin 4-6 dekabr tarixində dövlət agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən təşkil olunmuş “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” çərçivəsində qurulub. “Baykar” şirkətinin rəhbəri və “Türkiyə Texnoloji Takımı”nın həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar Hakatonun rəsmi açılış mərasiminda iştirak edib, eyni zamanda jüri üzvü olub.
Bizimlə əlaqə saxlayın
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












