Dövlət çevrilişinə hazırlığın təfərrüatı məlum olub

Qırğızıstanda avqustun 31-də hakimiyyətin zorakılıqla ələ keçirilməsi planlaşdırılıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.
Komitənin məlumatına görə, şübhəlilər ölkənin bütün regionlarından çoxsaylı gəncləri toplamaq üçün Bişkek yaxınlığında idman oyunları təşkil etmək niyyətində olublar. Onlar bəzi müxalifət liderlərini tədbirə dəvət etmək istəyiblər ki, insanları paytaxta köçməyə təşviq etsinlər.
“Dağıdıcı əhval-ruhiyyəli idmançılar və cinayətkar ünsürlərdən ibarət təlim görmüş şəxslər vəziyyətdən istifadə edərək, zorakılıq, soyğunçuluq, yandırma, əmlakın dağıdılması, odlu silah, partlayıcı maddələrin tətbiqi və dövlət məmurlarına müqavimətlə müşayiət olunan kütləvi iğtişaşlar təşkil etməli, digərləri isə idman-atəş poliqonunu ələ keçirməli və odlu silahlara sahib olmalı idilər”, - məlumatda deyilir.
Komitə qeyd edib ki, cinayətkar qrup planı həyata keçirmək üçün ilin əvvəlindən dağıdıcı təfəkkürlü gəncləri səfərbər etmək üçün “nəzarətçilər” adlanan şəxslərlə görüşlər keçirib.
“Onlar üçün odlu silah və döyüş sursatı, partlayıcı qurğuların hazırlanması üçün komponentlər və gözyaşardıcı qaz da alınıb. Saxlanılan 5 nəfər avqustun 21-dək komitənin istintaq təcridxanasına yerləşdirilib. İstintaq-əməliyyat tədbirləri həyata keçirilir”, - komitədən bildirilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












