Dövlət Gömrük Komitəsinin sədri səfir Erkan Özoralla görüşüb

Aprelin 15-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoralla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Dövlət Gömrük Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə səfir Erkan Özoralı təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfər Mehdiyev Azərbaycanla Türkiyə arasında tarixi ənənələrə söykənən strateji tərəfdaşlıq münasibətlərindən məmnunluqla bəhs edərək bildirib ki, iki ölkənin dövlət başçılarının apardığı məqsədyönlü siyasət bütün sahələrdə əlaqələrin güclənməsində mühüm rol oynayıb.
Komitə sədri iki ölkə arasında bütün sahələrdə, o cümlədən gömrük işinin təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsində səfir Erkan Özoralın fəaliyyətini yüksək qiymətləndirib və ona təşəkkürünü bildirib.
Səfir Erkan Özoral Azərbaycan-Türkiyə əməkdaşlığının sadəcə iki ölkənin xalqlarının deyil, eyni zamanda, region ölkələrinin rifahının yüksəldilməsində, sülhün bərpasında mühüm rol oynadığını və digər dövlətlərə nümunə olduğunu diqqətə çatdırıb, gələcəkdə də ikitərəfli əlaqələrin gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO
Bakıda dəhşətli qətl baş verdi - FOTO
Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Səkkiz marşrutun hərəkət istiqaməti dəyişdirildi
Bakıda mənzillər ancaq bu halda ucuzlaşa bilər - AÇIQLAMA










