Dövlət Komitəsindən körpəsini kanala atan qadınla bağlı AÇIQLAMA

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Biləsuvar rayonunun İsmətli kənd sakini olan qadının özünü və azyaşlı oğlunu kənd ərazisindən keçən su kanalına atması ilə bağlı açıqlama verib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, məsələ barədə Biləsuvar Rayon İcra Hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu ilə əlaqə saxlanılıb.
O qeyd edib ki, Dövlət Komitəsinə verilən məlumata əsasən, hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən başlanılmış əməliyyat-istintaq tədbirləri davam edir.
T.Mərdanoğlunun sözlərinə görə, Dövlət Komitəsi məsələni nəzarətdə saxlayır:
"Bir daha əhaliyə müraciət edərək bildiririk ki, bu cür xoşagəlməz hadisələrin baş verməməsi üçün ailələrdə zorakılıq halları ilə bağlı əvvəlcədən xəbərdar olan şəxslər bizi məlumatlandırsınlar. Bunun üçün bizim 860 qaynar xəttimiz fəaliyyət göstərir".
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












