DSX: Axtarışda olan 278 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış fəaliyyətləri davam etdirilir.
DSX-nin Mətbuat Mərkəzindən Avtosfer.az-a bildirilib ki, cari ilin iyun və iyul ayları ərzində Dövlət Sərhəd Xidməti tərəfindən ümumilikdə 239 kiloqram 158 qram narkotik vasitə, 920 ədəd narkotik tərkibli və 150 ədəd güclü təsirli dərman preparatları qanunsuz dövriyyədən çıxarılıb.
Bununla yanaşı Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “Xaş-Xaş-2021” şərti adı altında həyata keçirilmiş kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində iyun ayı ərzində Ağstafa, Qazax, Qubadlı, Yardımlı və Xaçmaz rayonlarının sərhədboyu ərazilərində ümumi çəkisi 9 ton 511 kiloqram olan 36 min 125 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilərək yandırılma yolu ilə məhv olunub.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində axtarışda olan 278 nəfər saxlanılıb, 33 şəxsin sənədlərinin saxtalaşdırılması və 12 şəxsin pasportunun qeyri-fəal olması müəyyən edilib.
Dövlət sərhədindən buraxılış məntəqələrində ölkədən çıxışına məhdudiyyət tətbiq olunmuş 442 nəfər və ölkəyə girişi qadağan olunmuş 16 nəfər şəxs dövlət sərhədindən buraxılmayıb.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










