DSX: Dövlət sərhədini pozaraq ərazidən qaçmağa çalışan şəxslər saxlanılıb - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir.
DSX-nin Mətbuat Mərkəzindən Avtosfer.az-a bildirilib ki, xidmətin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə narkotik vasitələrə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Aprelin 3-də, saat 22:45 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan ərazisinə hərəkət edən 2 naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucuları ərazidən qaçmağa çalışarkən saxlanılıb.
Saxlanılan şəxslərin İran vətəndaşı, 1972-ci il təvəllüdlü Həmid Dərgahi Heydər oğlu və Azərbaycan vətəndaşı, Xızı rayon sakini, 1984-cü il təvəllüdlü Həsrətquliyev Elxan Eldar oğlu olması müəyyənləşdirilib, əllərindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 765 qram narkotik vasitəyə (865 qram “heroin”ə və 1900 qram “marixuana”ya) bənzər maddələr aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












