DSX əməliyyat keçirdi: Saxlanılan var - FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
Avqustun 25-də DSX-nin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 8 kiloqram 500 qram narkotikə bənzər vasitənin, 8370 ədəd psixotrop və güclü təsirli maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti sahəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Füzuli rayonunun Arayıtlı kəndi ərazisindən bağlama götürərək uzaqlaşmağa cəhd göstərən bir nəfər şübhəli şəxs saxlanılıb.
Saxlanılan şəxsin 1994-cü il təvəllüdlü Bakı şəhər sakini Kərimov Ziyad Əhəd oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 8 kiloqram 500 qram narkotik maddəyə oxşar vasitə (7300 qram “marixuana”, 1000 qram “heroin”, 200 qram “metamfetamin”) və 8370 ədəd psixotrop tərkibli “Preqobalin” həbləri aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?













