DSX-nin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib

Avqust ayının 13-ü və 14-də Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
DSX-nin Mətbuat Mərkəzindən Avtosfer.az-a bildirilib ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.
Mərasimlərdə çıxış edənlər gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyəti sırasına daxil olduqları dövrün Vətən Müharibəsində şanlı Qələbənin coşqusunun yaşandığı və Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümünə təsadüf etməsi ilə əlamətdar olmasını vurğulayıblar.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda Vətən Müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatması, müqəddəs torpaqlarımızın azad olunmasında işğalçı düşmən qüvvələrinə qarşı şərəflə döyüşən sərhədçilərin bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət aparmaları ilə qürur duymaları vurğulanıb.
Azad olunmuş sərhədlərimizin müdafiə və mühafizəsinin təmin olunması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyi, yeni hərbi hissələrin formalaşdırılması, və sərhəd xətti boyu sərhəd zastavalarının bərpa olunması, yeni sərhəd-döyüş məntəqələrinin fəaliyyətə başlaması qeyd edilib.
Mərasimlərdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik bildirilərək onlara müvəffəqiyyətlər arzulanıb.
Tədbirlər zamanı Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonları və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.
Tədbirlər çərçivəsində Vətən Müharibəsində canlarını Vətən uğrunda fəda edərək həlak olmuş sərhədçilərin xatirə abidəsi açılıb.
Mərasimlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO










