DSX-nin yeni zastavası istifadəyə verildi - FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Avtosfer.az-a Dövlət Sərhəd Xidmətinindən (DSX) məlumat verilib.
Aprel ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş "Ağgöl" sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.
Bu münasibətlə təşkil olunan təntənəli mərasimdə çıxış edən DSX rəisinin birinci müavini - Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini şəxsi heyətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sərhədçisinin həm sərhəddə, həm də səngərdə dövləti maraqların keşiyində durmağa hər zaman hazır olması xüsusi vurğulanıb. Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsinə ən ali səviyyədə xüsusi önəm verilməsi sayəsində DSX-nin hərbi hissə və bölmələrində şəxsi heyət üçün zəruri xidməti və məişət şəraitinin yaradılması qeyd olunub, açılışı baş tutan sərhəd zastavasının bu yüksək qayğının növbəti təzahürü olmasını bildirilib.
Açılış mərasimindən sonra tədbir iştirakçıları sərhəd zastavası kompleksinə baxış keçiriblər. Burada şəxsi heyətin xidmətinin yüksək səviyyədə təşkili və asudə vaxtının səmərəli keçirməsi üçün müxtəlif təyinatlı otaqlar, yataqxana, yeməkxana, hamam-camaşırxana, anbarlar inşa edilib, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri yaradılıb.
Xidməti fəaliyyətində fərqlənən bir qrup hərbi qulluqçu təltif olunduqdan sonra tədbir bayram süfrəsi arxasında davam etdirilib.
Tədbirin sonunda hərbi hissənin kinoloji mütəxəssisləri xüsusi təlim keçən itlərdən istifadə etməklə xidməti tapşırıqların icrası üzrə bacarıqlarını nümayiş etdiriblər.










Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












