DSX rəhbərliyi şəhid sərhədçilərin ailələrinə və Vətən müharibəsi qazilərinə baş çəkib - FOTO

Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü ərəfəsində keçirilən tədbirlər çərçivəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqqədəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş sərhədçilərin əziz xatirələrinin anılmasına, qazilərimizə diqqət və qayğı göstərilməsinə xüsusi yer verilir.
Bu barədə Avtosfer.az-a DSX-dən məlumat verilib.
14-16 avqust tarixlərində Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri tərəfindən şəhid sərhədçilərin ailələrinə və Vətən müharibəsinin qazilərinə baş çəkilib.
Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda qazilərimizin və şəhadət zirvəsinə ucalmış şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsi yazdıqları barədə danışılmış, onların Vətən yolunda bizlərə qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyi vurğulanıb.
Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən olması, qeyd olunan məsələlərin daim diqqət mərkəzində saxlanıldığı bildirilib.
Ziyarətlər zamanı Dövlət Sərhəd Xidmətinin 47 nəfər şəhid hərbi qulluqçusunun Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümlərindən sonra təltif edildikləri orden və medallar ailə üzvlərinə təqdim olunub, həmçinin qazilərimizin dövlət təltifləri onlara verilib.
Şəhidlərin ailə üzvləri və qazilər göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə etmiş, Azərbaycanın Sərhəd Mühafizəsi üçün bu əlamətdar dövrdə onların anılması, şəhid ailələrinin ziyarət edilməsinin dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqətin, şəhidlərə ifadə olunan ehtiramının bariz nümunəsi olduğunu bildiriblər.















Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












