Dünya üzrə 3 milyard 790 milyon dozadan çox COVID vaksini vurulub

İyulun 23-dək dünyada COVID-19 virusuna qarşı vurulan peyvənd dozalarının sayı 3 milyard 790 milyonu ötüb.
Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, hazırda Çin 1 milyard 510 milyon doza ilə dünya ölkələri arasında liderlik edir. İkinci və üçüncü yerlərdə gedən Hindistanda 423 milyon 417 min, ABŞ-da 339 milyon 760 min doza peyvənd vurulub.
Vurulan vaksin dozalarının sayına görə ilk onluqda, həmçinin Braziliya (130 milyon 250 min), Almaniya (88 milyon 470 min), Böyük Britaniya (83 milyon 20 min), Yaponiya (73 milyon 970 min), Fransa (67 milyon 230 min), Türkiyə (64 milyon 829 min) və İtaliya (63 milyon 880 min) yer alıb.
Əhalinin hər 100 nəfərinə düşən peyvənd dozalarının sayına görə isə birinci yerdə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb (166,27 doza). Bu göstərici üzrə ilk onluğa, həmçinin Malta (166,18), Seyşel Adaları (143,82), İslandiya (136,68), Uruqvay (132,95), San-Marino (132,85), Bəhreyn (132,66), Çili (129,54), İsrail (127,53) və Farer adaları (125,96) daxildir.
İndiyədək dünyanın 28 ölkəsində əhalinin sayından çox vaksin dozası vurulub.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










