Dünya üzrə vaksin olunanların sayı açıqlanıb

İyulun 9-dək dünyada koronavirusa qarşı vurulan peyvənd dozalarının sayı 3 milyard 350 milyonu ötüb.
Hazırda Çin 1 milyard 350 milyon doza ilə dünya ölkələri arasında liderdir. Bu göstərici üzrə ikinci və üçüncü yerləri tutan Hindistanda 368 milyon 991 min, ABŞ-da 332 milyon 350 min doza peyvənd vurulub.
Vurulan vaksin dozalarının sayına görə ilk onluqda, həmçinin Braziliya (111 milyon 480 min), Böyük Britaniya (79 milyon 800 min), Almaniya (77 milyon 730 min), Fransa (57 milyon 820 min), Türkiyə (56 milyon 740 min), İtaliya (55 milyon 300 min) və Yaponiya (54 milyon 850 min) yer alır.
Əhalinin hər 100 nəfərinə düşən peyvənd dozalarının miqdarına görə isə birinci yerdə Birləşmiş Ərəb Əmirlikləri gedir (159,71 doza). Bu göstərici üzrə ilk beşlikdə, həmçinin Malta (157,82), Seyşel Adaları (141,98), İslandiya (132,18) və San-Marino (131,59) qərarlaşıb.
Ümumilikdə dünyanın 18 ölkəsində əhali sayından çox vaksin dozası vurulub./AzərTAC
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












