Dünyada yeni nəqliyyat böhranı baş verə bilər

Dünya yeni nəqliyyat böhranı ilə qarşılaşa bilər.
Bu barədə Danimarkanın dəniz daşımaları üzrə ixtisaslaşan “Maersk” gəmiçilik şirkəti açıqlama verib.
Şirkət yeni logistik böhranın mümkünlüyü barədə xəbərdarlıq edib.
“Maersk”in fikrincə, bu il konteyner daşımalarına qlobal tələbatın azalması müşahidə olunacaq. Buna əsas səbəblərdən biri kimi hazırda anbarların dolu olması göstərilir.
Bu sahədə problemlərin yaranması, həmçinin həddindən artıq yüklənmiş logistik zəncirlər, eyni zamanda müştərilər və istehlakçılar tərəfindən inamın azalması kimi səbəblər də var.
“Maersk”in proqnozlarına görə, 2022-ci ildə dəniz konteynerlərinə tələbat mənfi bir faizdən müsbət bir faizə qədər dəyişəcək.
İkinci rübdə “Maersk”in yükdaşımalarının həcmi keçən illə müqayisədə 7,4 faiz azalıb.
oxu.az
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq












