Dünyanı gözləyən fəlakətin ƏLAMƏTLƏRİ: Alimlərdən XƏBƏRDARLIQ

Qlobal iqlim dəyişiklyi hazırda daha çox Qrenlandiyada özünü göstərir. Belə ki, 5 gün əvvəl Qrenlandiya dağlarına tarixdə ilk dəfə olaraq yağış düşüb.
Avtosfer.az xəbər verir ki, "Phys.org" nəşri bu barədə Danimarka alimlərinin müşahidələrinə istinadən məlumat yayıb.
Sözügedən təbiət hadisəsi Qrenlandiyada ilk dəfədir ki, qeydə alınır. Bundan əvvəl isə dünyanın ən böyük adasında yağıntılar yalnız qar şəklində qeydə alınıb. Adanın dağlıq hissəsində temperatur son on ildə üçüncü dəfə sıfırdan yüksək olub.
Qrenlandiyada buz örtüyünün üstünə yağan yağış dəniz səviyyəsindən təxminən 3 000 metr yüksəkliyə düşüb.
Adanı əhatə edən buz təbəqəsi Fransadan üç dəfə böyükdür. Məqalədə deyilir ki, buz təbəqəsi əriyərkən dəniz səviyyəsini qaldırmaq üçün kifayət qədər su həcminə malikdir.
Son 2 min ildə 19 belə istiləşmə hadisəsi qeydə alınıb ki, onlardan üçü axırıncı on ildə baş verib. Bu yay Qrenlandiyada rekord səviyyədə - 20 dərəcəyə qədər istiləşmə qeydə alınıb.///report
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












