Dünyanın ən ağır hərbi-nəqliyyat helikopteri Rusiyada istehsal ediləcək

Dünyanın ən ağır "Mi-26T2V" hərbi-nəqliyyat helikopterinin seriyalı istehsalına ilin sonuna kimi icazə alınacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "Rus Helicopters" rotor gəmi istehsalçısının baş direktoru Andrey Boqinski bildirib.
"Hazırda biz helikopterin baza konfiqurasiyası üçün O1 təyinatının alınmasının son mərhələsindəyik və Mi-26T2V-nin uçuş sınaqlarını başa çatdırmaq üçün bir neçə uçuş qalıb. Biz bu uçuşları ilin sonuna kimi həyata keçirəcəyimizi gözləyirik. Biz artıq Mi-26T2V helikopterinin ilk partiyalarını Rusiya qoşunlarına çatdırmışıq", - deyə baş direktor bildirib.
Qeyd edək ki, təkmilləşdirilmiş "Mi-26T2V" vertolyotu debüt uçuşunu 2018-ci ilin avqustunda həyata keçirib.
"Mi-26T2V" hərbi-nəqliyyat helikopterinin 20 ton yük qaldırma qabiliyyəti var.
"Unikal"
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq











