Dünyanın ən qeyri-punktual aviaşirkəti məlum olub

Dünyanın ən qeyri-punktual aviaşirkəti Macarıstanın aşağı büdcəli “Wizz Air” aviaşirkəti seçilib. “Report” xəbər verir ki, bu barədə “The Independent” Britaniyanın Mülki Aviasiya Təşkilatının (CAA) məlumatlarına istinadən yazıb.
2023-cü ildə bu daşıyıcının Böyük Britaniya hava limanları üzərindən uçuşları üçün gecikmələri orta hesabla 31 dəqiqə 36 saniyə olub.
Təhlil zamanı 2 500-dən çox uçuş həyata keçirən aviaşirkətlərin Britaniya hava limanlarından bütün planlı və çarter reysləri nəzərə alınıb. Qeyd olunub ki, “Wizz Air”in əsas rəqibi, İrlandiyanın aşağı büdcəli “Ryanair” aviaşirkəti daha punktual olub və orta hesabla 19 dəqiqə 54 saniyə gecikmə ilə reytinqdə 14-cü yeri tutub.
2023-cü ildə dünyanın 10 ən qeyri-punktual hava yolu şirkəti:
1. Wizz Air, Macarıstan (orta uçuş gecikməsi 31 dəqiqə 36 saniyə)
2. Türk Hava Yolları, Türkiyə (28 dəqiqə 36 saniyə)
3. Tui, Böyük Britaniya (28 dəqiqə 24 saniyə)
4. Air India, Hindistan (28 dəqiqə 12 saniyə)
5. Pegasus Hava Yolları, Türkiyə (25 dəqiqə 6 saniyə)
6. Air Portugal, Portuqaliya (23 dəqiqə 48 saniyə)
7. Vueling Hava Yolları, İspaniya (23 dəqiqə 6 saniyə)
8. Swiss Airlines, İsveçrə (22 dəqiqə 48 saniyə)
9. Air Canada, Kanada (22 dəqiqə 6 saniyə)
10. British Airways, Böyük Britaniya (21 dəqiqə 36 saniyə)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












