Dünyanın ən təhlükəsiz şəhərləri - SİYAHIDA BAKI DA VAR

Məşhur “Economist” jurnalının araşdırma bölməsi olan Economist Intelligence Unit qlobal miqyasda “Təhlükəsiz Şəhərlər İndeksi”nin 2021-ci il buraxılışını təqdim edib.
Avtosfer.az hesabata istinadla xəbər verir ki, 60 şəhər özündə rəqəmsal, sağlamlıq, infrastruktur, şəxsi və ekoloji təhlükəsizlik sahələrini əhatə edən 76 göstərici əsasında qiymətləndirilib.
Danimarkanın paytaxtı Kopenhagen 82,4 balla reytinqdə 1-ci yeri tutub. Bununla da Avropa şəhəri əvvəlki illərin liderləri olan Tokio, Sinqapur və Osakanı qabaqlayıb.
Qlobal iqlim problemlərinin təsiri nəzərə alınaraq, bu il ilk dəfə qiymətləndirmədə ekoloji təhlükəsizlik meyarı tətbiq olunub. Həmçinin, COVID-19 pandemiyasının bütövlükdə qlobal təhlükəsizliyə yaratdığı təhdidlər bu il tərtib olunan reytinqdə hiss olunub. Digər bir diqqətçəkən məqam yüksək gəlirli ölkələrin təhlükəsizlik baxımından daha yaxşı nəticələr göstərməsidir.
Siyahıda paytaxtımız Bakı şəhəri 49,8 balla 52-cı sırada qərarlaşıb. Birləşmiş Ərəb Əmirliklərinin hər 2 aparıcı şəhəri - Abu Dabi (31-ci yer) və Dubay (35) da siyahıda yer alıb. Türkiyədən İstanbul şəhəri 37-ci, Rusiyanın paytaxtı Moskva 38-ci yeri tutub. Siyahıda 10-dan çox Avropa, 25-dən çox Asiya qitəsinin şəhərləri var.
Ən təhlükəsiz şəhərlərin siyahısı, ilk 10-luq:
Kopenhagen
Toronto
Sinqapur
Sidney
Tokio
Amsterdam
Vellinqton
Honkonq
Melburn
///Marja
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












