Düşmən 3 istiqamətdə mövqelərimizi ATƏŞƏ TUTDU - MN

Avqustun 16-sı saat 19:55-dən 20:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Kəlbəcər rayonunun Yellicə və Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz isə saat 21:20-dək qarşı tərəfin Basarkeçər rayonunun Aşağı və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutulub.
Bundan əlavə saat 21:35-dən 22:28-dək qarşı tərəf Çəmbərək rayonunun Ləzgiqaya və Basarkeçər rayonunun Göysu yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Zamanlı və Qalakənd yaşayış məntəqələrindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












