Əli daşlı iki bacı... - FOTO

Bir az uzaqdan başlayacam. Siz də diqqətlə oxuyun…

Aprel ayındakı Bakı səfərimdə Səadət və Vüsalə xanımla görüşün sonunda içimdə tamam başqa bir həyəcan var idi. Üçümüzə məxsus, mənəvi dəyəri mənim üçün yüksək olan xüsusi söhbətlərdən sonra illərdir dediyim insan tiplərini - cəmiyyətin qurulmasında misilsiz rolu olacaq əli daşlı xanımları tapmağımın sevinci içimdəki həyəcanı yaratdığını dərk edirdim. Buraya məsuliyyət həyəcanını da Vüsalə xanım mənə hədiyyə verdiyi "Əsir düşərgəsi" kitabı ilə əlavə etdi. Məsuliyyət həyəcanı ona görə yaranmadı ki, mənim müəllifindən aldığım bütün kitablara onsuz da xüsusi yanaşmam var. Ona görə ki, "Əsir düşərgəsi" bir başqadır. O, başdan ayağa məsuliyyətdir, yazan üçün fərqli, oxuyub onu beyninin bir yarımkürəsində ölənə kimi daşıyan biri üçün isə başqa cür fərqli…
Bir axşam da Vüsalə xanım mənə:

- Bildiyim hələ çox işgəncələr və hadisələr var ki, cəmiyyət qürurunu itirməsin deyə qələmə ala bilməmişəm, - deyən zaman isə kövrəldim, axşam idi deyə o görmədi…
Niyə əli daşlı xanımlar?
Qayıdaq əli daşlı xanımlar mövzusuna. Qonşum 84 yaşlı xanım Hohensee ilə fürsət düşdükcə onun qəlbini incitmədən 2-ci Dünya müharibəsindəki günləri, müharibədən sonra çəkdikləri əziyyətləri soruşduğum haqda bir dəfə yazmışdım. Deməli, onun məktəb illəri müharibədən sonrakı dövrə təsadüf edib. Kölndə onun o vaxtdan qaldığı və indi bizim də qaldığımız bütün yerlər darmadağın olubmuş. Yeni binalar tikilməli idi, amma nə kifayət qədər material, nə də adam var imiş. Onlara məktəbdə günorta yeməyini bir şərtlə verirlərmiş: Hər gün dərs fasiləsi zamanı hər bir məktəbli gedib dağıntıların arasından minimum bir qırılmamış ya daş, ya da kərpic gətirib təhvil verməli idi. Bunun müqabilində isə günorta yeməyi alırlarmış və beləliklə də zaman-zaman indi gördüyümüz Almaniya qurulub...
Aylar öncə Səadət xanımın Ağdamdan hazırlayıb təqdim etdiyi ilk videoya baxanda təkcə ağdamlılar yox, eləcə də Ağdamı bir dəfə də olsun görməyən, ancaq onu ağdamlı əziz dostlarının dilindən eşidən mənim kimi minlərlə insan göz yaşını saxlaya bilməmişdi. Səadət xanımın o videodan sonrakı Ağdamdakı bu günə qədər olan fəaliyyəti, təmiz ürəklə orada gördüyü işlər və ortaya qoyduğu nəticələr cəmiyyətə müharibənin nələr törədə bildiyini bir daha başa salır. Vüsalə xanımın Ağdam səfərlərindəki təəsüratlarının cəmiyyətə çatdırılmasının və eləcə də əminəm ki, "Alça ağacının altındakı məzar" filminin milli kimliyimizin dərkində böyük rolu var.
Son

Aşağıdakı ikinci şəkildə ikinci dünya müharibəsindən sonra məktəblilər Almaniyanı sözün əsl mənasında yenidən qurmaq üçün bir bütöv daş və ya kərpic yığırlar. Son şəkil isə dəyərli Vüsalə xanımın şəklidir. Görün Ağdamda nə qədər daşlar var. Mən əminəm ki, üst-üstə qoymağa sağlam daşları onlar çox yaxşı bilirlər hansılardır. Əli daşlı iki bacı ürəklərdə yenidən Ağdam qurur. O mənəvi dəyərlər üzərində qurulacaq Ağdam mənə orada qurulacaq hər şeydən daha əzizdir.
Nuran Abdullayev
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












