Emin Axundovu ölümlə hədələyərək 100 min tələb ediblər

“AzərMaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundovu və yaxınlarını öldürməklə hədələyərək ondan 100 min manat tələb ediblər.
Avtosfer.az xəbər verir ki, E.Axundovu əvvəldən tanıdığı, lakin yaxın münasibəti olmadığı Əhməd Əhmədov adlı şəxs şantaj edib.
İttihama görə, Ə.Əhmədov E.Axundova bir neçə dəfə SMS göndərib, 100 min manat verməyəcəyi halda onun özünə, ailəsinə zor tətbiq edəcəyini, öldürəcəyini deyib və evlərini əl qumbarası ilə partladacağı ilə hədələyib. Əhmədin hədə-qorxu dolu mesajlarından sonra Axundov ona 10 min manat verməyə razılaşıb. E.Axundov həmin pulun min manatını Əhmədin dostunun kart hesabına göndərib. Sonradan isə 9 min manatı verəcəyini deyib.
Lakin Axundov təqsirləndirilən şəxsin çoxsaylı hədə-qorxularına tab gətirə bilməyərək Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.
“Bandotdel” təqsirləndirilən şəxsi xüsusi əməliyyatla elə cinayət başında yaxalayıb. Şərti olaraq Emin Axundovun sürücüsü qismində iştirak edən polis əməkdaşı Əhmədlə görüşüb, 9 min manatı ona verib. Əhməd pulu götürüb uzaqlaşmaq istəyəndə isə polis əməkdaşları onu saxlayıb.
Əhməd ifadəsində Emin Axundovu hələ o, bankda filial müdiri işləyən vaxtdan tanıdığını bildirib. Amma dediyinə görə, hədə-qorxu gəlməyə onu Axundovun qardaşının hərəkətləri məcbur edib.
Əhməd ifadəsində Emin Axundovun qardaşı Eldar Axundovun bağ evində işlədiyini, onun itlərini yemlədiyini bildirib. Bundan əlavə, bağ evində başqa işlər də görüb. Onun sözlərinə əsasən, Eldar onun ümumilikdə 40-50 min manat təşkil edən zəhmətinin haqqını verməyib. Əhməd də qardaşının borcunun əvəzini Emin Axundovdan çıxmaq qərarına gəlib. Bu səbəbdən onu hədələyərək 100 min manat tələb edib.
Emin Axundov isə ilkin ifadəsində deyib ki, Əhməd Əhmədovla nə özünün, nə qardaşının heç bir şəxsi ədavəti, yaxın iş birliyi olub.
Əhməd Əhmədova Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə yekun ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, zərərçəkmiş Emin Axundov 15 il bank sektorunda rəhbər vəzifələrdə çalışıb. Hazırda kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodu “AzərMaş” ASC-nin İdarə Heyətinin sədridir.
(qafqazinfo)
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












