Erməni qadın İrandan Qarabağa yük daşıyan sürücü ilə Azərbaycan dilində danışdı - VİDEO

İrandan Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə qanunsuz yükdaşımalarla bağlı xəbər vermişdik. Hətta Azərbaycan Xarici İşlər Nazirliyi avqust ayının 11-də buna görə İran İslam Respublikasının ölkəmizdəki səfirini nazirliyə dəvət edib və yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlarla bağlı qarşı tərəfə nota təqdim edilib.
Avtosfer.az xəbər verir ki, İrandan Qarabağa Qafan-Gorus avtomobil yolu ilə qanunsuz yükün daşınması halı Ermənistanda fəaliyyət göstərən “5TV” kanalı tərəfindən də sübuta yetirilib. Belə ki, televiziya kanalı guya azərbaycanlıların həmin yoldan istifadə edən yük avtomobillərini daşa tutması ilə bağlı reportaj hazırlayıb.
Reportaj zamanı regionun erməni sakinlərindən biri İran vətəndaşı, azərbaycanlı sürücüdən hadisə barədə xəbər alarkən, ona sualları Azərbaycan dilində verib və elə sürücünün də yerinə cavab verərək, daşın Azərbaycan tərəfindən gəldiyini iddia edib.
Sözügedən reportajı təqdim edirik:
///yeniavaz.com
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












