Erməniləri sarsacaq etiraf: Postları qorumağa belə əsgərləri qalmayıb

Müzəffər Azərbaycan ordusu 44 günlük müharibə zamanı Ermənistan ordusunu darmadağın edərək düşmənə ölümcül zərbə endirib. Ancaq Ermənistandakı şovinist dairələrin sərsəm açıqlamalarından da hiss olunur ki, ermənilər bu həqiqəti hələ də qəbul edə bilmirlər.
Əslində həqiqətin “inkar olunması” sadəcə sözdə baş verir, ermənilər özləri də bilirlər ki, bir şeyi inkar etmək üçün ən azı ortaya fakt qoymaq lazımdır. Lakin bütün bu çıxışlar pafoslu, hərarətli açıqlamalardan o tərəfə keçmir.
Səbəb isə aydındır, Ermənistanın güc nümayişi edə biləcəyi bir “ordusu” qalmayıb. Bunu birbaşa etiraf etməsələr də, özləri də bilmədən həqiqəti ortaya qoyurlar.
Məsələn, bu gün Ermənistan Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda qeyd olunur ki, ehtiyatda olan hərbçilərin hərbi biliklərinin təkmilləşdirilməsi və hazırlığı üçün 25 avqust-25 noyabr tarixlərində üç aylıq təlim toplanışı elan olunub. Bura qədər hər şey normal görünür, lakin növbəti cümlədə ermənilər düşdükləri acınacaqlı vəziyyəti etiraf edirlər: “ehtiyac olacağı halda toplanışın iştirakçıları döyüş növbətçiliyinə cəlb olunacaq”.
Sonuncu cümlə onu göstərir ki, Ermənistan ordusunda canlı qüvvə baxımından ciddi çatışmazlıqlar yaşanır. Ermənilər öz postlarını qorumaq üçün belə kifayət qədər canlı qüvvədən məhrumdurlar. Buradakı “ehtiyac olacağı halda” sözləri isə sadəcə özünü sığortalamaq üçün cümləyə əlavə olunub. Çünki Ermənistan MN insanları topladıqdan sonra onları xəbər-ətərsiz döyüş postlarına yollamaqdan çəkinib, sadəcə belə bir hadisənin doğuracağı rezonans onları çəkindirib. Sadə bir əlavə ilə öz acizliklərini gizlətməyə çalışıb.
Erməni məmurlar, müxalif liderlər, siyasətçilər hər nə qədər xalq qarşısında “cəngavər ordularından” bəhs etsələr də, real mənzərə tamamilə fərqlidir.
Ermənistanın “cəngavər ordu” bir kənara, heç ən adi təhlükəsizlik məsələlərinin öhdəsindən gəlmək iqtidarında olan ordusu belə yoxdur. Müharibədən sadəcə döyüş meydanından qaçmaqla sağ çıxa bilmiş bu ordu tullantıları isə o qədər acizdir ki, onların ilk təhlükədə əvvəlki performanslarını kölgədə qoyacaqları şübhə doğurmur.
Odur ki, ermənilər üçün tək çarə yaşananlardan dərs alıb, sakitcə həyatlarına davam etmələridir. Müzəffər Azərbaycan ordusu öz haqq savaşından qalib çıxıb və artıq ərazi bütövlüyümüz təmin olunub. Bu gün, sabah və bundan sonra nə zaman olur-olsun bu bütövlüyə təhdid yaratmağa cəhd edənlərin belə aqibəti hər kəsə indidən bəllidir. Bir vaxtlar “yenilməz ordu” mifinin arxasında gizlənən Ermənistan, indi bir “orducuğun” ümidinə qalıb.
Həmin “orducuq” isə indi Azərbaycanın igid oğullarının onlara vurduğu ağır zərbədən sonra elə vəziyyətə düşüb ki, öz kölgəsindən belə qorxur. Belə olan halda “ehtiyac olacağı halda” döyüş növbətçiliyinə cəlb olunacaq ermənilərin aqibətini təsəvvür etmək çətin deyil. Çox güman ki, MN tərəfindən əslində məcburi cəlb olunacağı döyüş növbətçiliyindən sonra onların bir çoxunun psixoloji yardıma ehtiyacı olacaq. Çünki Azərbaycan ordusunun dogma xalqının və dostlarının gözündə əzəməti, qüdrəti nə qədər böyükdürsə, düşmənin canına saldığı qorxu da bir o qədər böyükdür! Bu qorxu onların bütün “orducuğuna”, hətta “ehtiyac olacağı halda” cəlb olunacaq hər bir erməniyə də kifayət edər…
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












