Ermənilərin “BBC News”a aciz Qaragöl etirafı: Azərbaycan sərhəddə istədiyini alıb - VİDEO

Müzəffər Azərbaycan ordusu uzun illərdən sonra tarixi ədaləti hərb meydanında bərpa edib və öz ərazi bütövlüyünü təmin edib. Ordumuz artıq düşmənə bir qarış torpağın belə verilməyəcəyini bütün dünyaya göstərib. Azərbaycan hərbçiləri elə iki ölkənin dövlət sərhədi boyu da məhz bu prinsipdən çıxış edir.
Qəhrəman hərbçilərimizin göstərdiyi bu qətiyyətin nəticəsi isə “BBC News”un regionla bağlı hazırladığı süjetdən sonra daha da aydın olub.
Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə həsr olunan materialda ermənilərin özləri bir etirafla çıxış ediblər. Qaragöl ətrafındakı vəziyyətlə bağlı danışan ermənilər bildiriblər ki, ərazinin 90 faizi Azərbaycan ordusunun nəzarətindədir. Ətrafdakı hakim yüksəkliklərin hamısı ordumuzun nəzarətindədir və Azərbaycan ordusu istənilən an düşmənin bu gölə çıxışını kəsmək imkanlarına sahibdir.
İrəvandan edilən pafoslu çıxışlardan və rüsvayçı ordunun sağ qalan tör-töküntülərinin bəyanatlarından fərqli olaraq regionda mövcud vəziyyəti görənlər başa düşürlər ki, Azərbaycan öz torpaqlarının bir qarışını belə heç kimə verməyəcək. Onlar anlayıblar ki, Ermənistanda Azərbaycanın qüdrətli ordusuna qarşı dura biləcək bir qüvvə yoxdur, ola da bilməz. Ona görə də hansısa ərazidə Ermənistan ordusunun Azərbaycan hərbçilərini geri çəkilməyə məcbur etməsi, guya mövqelərini yaxşılaşdırması kimi informasiyalar sadəcə İrəvanda oturanların öz xalqının gözünü boyaması, elə ermənilərin özlərinə qarşı törədilən təxribatdır. Həqiqəti isə videoda çıxış edən ermənilər deyir və bu etiraf, aciz çıxışları bir daha Azərbaycanın qüdrətinin İrəvanı sarsıtdığını sübut edir:
Qaragöl bizə aid olduğu üçün Azərbaycan ordusu da lazımı addımları atıb. Bu məsələdə prioritet Bakının mövqeyidir. İrəvandan gələn saxta təhdid və təhrif olunmuş məlumatlar bizim üçün önəm kəsb etmir. Meydanda söz sahibi Azərbaycandır!
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












