Ermənilərin minalarını PUA-lar axtarıb məhv edəcək - FOTO

İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizləməsi üçün xüsusi pilotsuz uçan aparatlardan (PUA) istifadə olunacaq. İsraildən alınmış bu PUA-lar üç qrupdan ibarətdir.
1-ci qrup PUA tədqiq edilən ərazinin dəqiqləşdirilmiş vizual-optik topoqrafik müstəvisini hazırlayır. 2-ci qrup həmin məkandakı minaları və partladıcı qurğuları aşkarlayaraq onların dəqiq koordinatlarını müəyyənləşdirir.
3-cu qrup isə aşkarlanmış minalarla partladıcı qurğulara elektromaqnit impulsu yönəldərək onları partladaraq zərərsizləşdirir.
Bu zaman minalarda və ya partladıcı qurğularda olan, tərkibində yarımkeçirici komponent olan texniki vasitə işə salınır. Vasitənin işlək, yaxud "yuxulu" vəziyyətdə olması rol oynamır. Zondlaşdırıcı siqnal ötürücü antendən yayılır, mina və ya partladıcı qurğunu aşkarladıqda PUA-dakı radarın qəbuledici anteni ilə alınır.
Xüsusi PUA-lar qeyri-xətti radiolokasiya qurğu, multispektral sensor, video və infrakameralar, GPS modul və s. ilə təchiz olunublar.

Onlar ərazini tədqiq edərək potensial təhlükə mənbəyini qısa müddətdə müəyyənləşdirir, identifikasiya edirlər.
PUA-lar hətta partladıcı vasitənin və qurğunun tipini belə, müəyyənləşdirə bilir.
Bununla yanaşı, aerofotoçəkilişlərin çoxfaktorlu rəqəmsal analizindən də istifadə olunur, əraziyə xas olmayan anomaliya aşkarlanır və bu minvalla minaların basdırıldığı yerlər dəqiqləşdirilir.
Ən nəhayət, minalarla partladıcı qurğuların yerini müəyyən etmək üçün maqnitometrik qurğudan da istifadə olunur.
Çəkiləri təqribən 12 kq olan bu PUA-lar 65 dəqiqə havada qala bilirlər.

Qeyri-xətti radilokasiyadan istifadə hazırda dünyanın qabaqcıl, inkişaf etmiş ölkələrində minaların və partladıcı qurğuların aşkarlanmasında tətbiq edilən əsas metoddur.
Bunun əsas səbəbi minalama prosesinin sistemsiz şəkildə aparıldığı, minaları basdıran tərəfin minalanmış ərazilərin xəritələrini verməməsi və ya klassik üsullarla minatəmizləmə prosesinin aparılmasının çətin olduğu vəziyyətlərdir.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












