Ermənistan Azərbaycanla sərhəddə "səlibçi" bayraqları endirib - FOTO - VİDEO

Ermənistanın Azərbaycanla sərhəddə üzərində səlibçi xaçının əks olunduğu bayraqlar qaldırdığı barədə məlumat vermişdik.
Bu il oktyabrın 8-də yayılmış məlumatda bildirilirdi ki, Ermənistanın dövlət sərhədində qaldırdığı bayraqların üzərində səlibçi xaçları aydın görünür.
Xəbərdə üzərində xaç olan bayraqların qaldırıldığı əks olunmuş foto və video da təqdim olunmuşdu.
Xaçlı bayraqlar Gorusun Şurnuxu və Vorotan kəndlərində qaldırılmışdı.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, dünən saat 17-18 radələrində erməni tərəfi Vorotan kəndi ərazisinə qaldırıcı kran gətirib, üzərində xaç olan bayrağı endirib, yerində Ermənistanın üzərində xaç olmayan dövlət bayrağını qaldırıb.
Dünən saat 20 radələrində isə ermənilər kranla Şurnuxu kəndindəki xaçlı bayrağı endirib, yerində üzərində xaç olmayan, adi bayraq qaldırıblar.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












