Ermənistan limanlardan istifadə etmək üçün Gürcüstana müraciət etdi

Ermənistan hökuməti Gürcüstan tərəfinə “Kazbeqi”-“Yuxarı Lars” gömrük-keçid məntəqəsinin yükü ilə əlaqədar Rusiyaya və geriyə dəniz yolu ilə yüklərin daşınmasına başlamaq xahişi ilə müraciət edib.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, söhbət tez xarab olan ərzaq məhsullardan gedir.
Ermənistan tərəfi bildirib ki, Rusiya ilə sərhəddə yerləşən “Kazbeqi”-“Yuxarı Lars” gömrük-keçid məntəqəsinin gecə-gündüz fəaliyyət göstərməsinə baxmayaraq, Gürcüstanın tranzit dəhlizinin sıxlığı səbəbindən yük axınlarının idarə edilməsi xeyli mürəkkəbləşib.
“Çox vaxt Rusiyadan Ermənistana və geriyə gedən malların emalı bir neçə həftə çəkir ki, bu da tez xarab olan məhsullar üçün pisdir”- məlumatda deyilir.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












