Ermənistan mülkiyyət hüququmuzu belə təmin edəcək - VİDEO

"300 mindən çox Qərbi azərbaycanlı Ermənistan ərazisindəki ata-baba yurdundan deportasiya olunub".
Avtosfer.az xəbər verir ki, bu sözləri Baku TV-yə açıqlamasında Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar deyib.
O bildirib ki, burada dəyən mənəvi zərərlə yanaşı maddi zərər də var:
"Bildiyimiz kimi, son deportasiyada soydaşlarımız özləri ilə yalnız bir neçə lazımi əşyaları götürə biliblər. Biz peyk görüntülərinə baxdığımız zaman görürük ki, həmin mülklər dağıdılmış və boş vəziyyətdədir. Biz siyahıyaalma prosesi zamanı soydaşlarımızın mülklərinin hər birini qeydiyyata almışıq".
Ü.Zülfüqar bildirib ki, qayıdış baş tutduqdan sonra, Ermənistan hökuməti mülkiyyətə dəyən zərəri ödəməlidir:
"Ermənistan tərəfi bunu etməyə məcburdur, çünki soydaşlarımızı oradan zorla deportasiya edib".
O qeyd edib ki, Təpəbaşı məscidi İrəvandakı tarixi Təpəbaşı məhəlləsində yerləşir:
"Məscid Abbasqulu xan İrəvanskinin göstərişi ilə tikilib. Tamamilə kərpicdən olan abidənin divarlarının qalınlığı 1,5 metrdir. Hazırda dağıdılmış vəziyyətdə olan məsciddə, eləcə də imam otağında erməni ailələri məskunlaşıblar. Bu gün Ermənistan soydaşlarımızın izini itirmək məqsədilə Təpəbaşı məscidinin də yerləşdiyi təpəbaşı məhəlləsini, sökməklə bağlı planlar qurur, dağıdılan irsimizə ədalət tələb edirik".
Ətraflı süjetdə:
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












