Ermənistan təyyarələrinin Türkiyə üzərindən uçması ilə bağlı danışıqlar aparılır

“Türkiyənin hava məkanının Ermənistan aviaşirkətinə məxsus təyyarələr üçün açılması istiqamətində danışıqlar aparılır”.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu “Ermənistan” hava şirkətinin direktorunun müavini və kommersiya işləri üzrə direktoru Gevork Xaçartryan keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 6 il Ermənistan təyyarələri Türkiyənin, Türkiyə təyyarələri isə Ermənistanın hava məkanı ilə uçub: “Sonuncu dəfə bu ilin martında Türkiyəyə müraciət etdik və rədd cavabı aldıq. Hazırda biz Türkiyə səması ilə uçuşlar həyata keçirmirik. Ancaq bu istiqamətdə danışıqlar aparırıq və irəliləyişlər var”.
Xaçatryan məsələnin tezliklə həll olunacağına ümid etdiyini bildirib.
Məlumata görə, 2020-ci il sentyabrın 9-dan Türkiyə Ermənistanda qeydiyyatdan keçən təyyarələr üçün öz hava məkanını bağlayıb.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












