Ermənistan yubadır, Azərbaycan tələsdirir – Artıq Laçında “dəhliz” məntiqi işləmir

Noyabrın 10-da imzalanmış üçtərəfli sazişdə qeyd olunur ki, Laçın dəhlizi boyunca yeni yolun tikintisi üç il ərzində başa çatdırılmalı, bundan sonra Laçın şəhəri Azərbaycana qaytarılmalı və yeni yolun mühafizəsi üçün Rusiya sülhməramlıları yerləşdirilməlidir. Məsələ üç illik müddətin bitməsinə 1 ilə yaxın müddət qalmış aktuallaşıb. Niyə bu baş verir? Azərbaycan tələsdirir, yoxsa Ermənistanın hətta 1 il sonra belə bu yolu çəkmək istəmədiyini düşünür?
Ancaq məsələyə daha geniş kontekstdə baxmaq lazımdır. Burada geosiyasi prosesləri nəzərə almaq vacibdir.
Avqustun 5-də Soçidə Putin-Ərdoğan görüşü baş tutub, ondan əvvəl isə Lavrov-Çavuşoğlu və Blinken-Çavuşoğlu arasında görüş, telefon danışığı olub. Eyni zamanda İrana da baxmaq lazımdır. O nə düşünür, nə təklif edir?
Habelə, İrəvan Laçına yeni yol ilə bağlı üç illik müddətə israr etməməyi, əksinə, başqa bir istiqamətdə, yəni Qarabağdakı qanunsuz hərbi dəstələrlə bağlı müzakirələrdə mövqe tutmağa üstünlük verir.
Nəticədə deyə bilərik ki, Ermənistan bir neçə istiqamətdə hərbi-siyasi gündəmlər yaratmaqla üçtərəfli razılaşmanın müddəalarının yerinə yetirilməsini gecikdirməyə və hansısa dividentlər qazanmağa cəhd edir. Məhz bu səbəbdən Azərbaycan düşməni sazişin şərtlərini həyata keçirməyə tələsdirir.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












