Ermənistanda “Mismar” ləqəbli məmuru döyənin “Çəkic” olduğu ortaya çıxdı

Ermənistan paytaxtının Açapnyak bələdiyyəsinin sədr müavini Artak Akopyan döyülüb.
Bu barədə Ermənistan mətbuatı yazıb.
Erməni məmurun döyülməsi xəbəri bütün ölkənin əsas gündəminə çevrilib. Lakin maraqlı məqam hadisədən çox iştirakçıların kimliyi ilə bağlı olub.
Çünki hadisənin “qəhrəman”ları “Mismar” və “Çəkic” olub.
Yerli sakinlər arasında döyülən bələdiyyə sədrinin müavini 30 yaşlı Artak Akopyan məhz “Mismar” ləqəbi ilə tanınıb. Hadisədən bir neçə gün sonra onu döyən şəxsin kimliyi polis tərəfindən müəyyən edilib. Bu, 20 yaşlı Georgi Qalstyan olub.
Elə hadisənin maraqlı tərəfi - döyən və döyülən arasındakı “ideal” uyğunluq da bu zaman ortaya çıxıb. Çünki Qalstyan da həmvətənləri arasında “Çəkic” adı ilə məşhur olub. Beləliklə “Mismar” ləqəbli erməni məmur, “Çəkic” tərəfindən döyülüb.
Qalstyanın (“Çəkic”) könüllü şəkildə polis bölməsinə gəldiyi və ifadə verdiyi bildirilir.
Burada əsas çətin iş Ermənistanın istintaq orqanlarının üzərinə düşəcək. Çünki istənilən halda indiyə qədər dünyada heç bir qurum “mismar”la “çəkic” arasındakı davanı araşdırmalı olmayıb.
oxu.az
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












