Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb - Ombudsman

"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən 4 il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründə və ikinci Qarabağ müharibəsində günahsız uşaqların ölümünə səbəb olub".
Bu fikirlər Azərbaycan Ombudsmanının balaca Zəhranın qətlə yetirilməsinin növbəti ildönümü ilə bağlı dünya ictimaiyyətinə çağırışında yer alıb.
"Belə ki, döyüş bölgəsindən uzaqda yerləşən mülki yaşayış obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 12 uşaq həlak olub, 50 uşaq yaralanıb, 4 uşaq hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirib", - deyə çağırışda qeyd edilir.
Ombudsman Səbinə Əliyeva belə halların beynəlxalq təşkilatlar tərəfindən qətiyyətlə pislənilməli və cinayət törətmiş şəxslərə qarşı konkret hüquqi ölçü götürülməli olduğunu dəfələrlə insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətinə çatdırıb.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












