Əsir düşdüyü deyilən İlkinin videosu ilə bağlı açıqlama

Sosial şəbəkələrdə Vətən müharibəsində əsir düşərək yaralandığı iddia edilən İlkin adlı şəxsin videogörüntüləri yayılıb. Videoda həmin şəxsin müalicəyə ehtiyacının olması bildirilir və onun Şəmkir rayonundan olduğu vurğulanır.
Sözügedən məsələylə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, həmin şəxs Hüseynov İlkin Məhərrəm oğludur. 1995- ci il təvəllüdlü İ. Hüseynov Şəmkir rayonu Zəyəm qəsəbəsi sakinidir. Vətən müharibəsinə könüllü şəkildə qatılıb, ancaq əsir düşməyib.
Rayon İcra Hakimiyyətinin nümayəndəsi və qəsəbənin bələdiyyə sədri Süleyman Tağıyev də "Qafqazinfo"ya bildirib ki, İlkin Hüseynov qazi kimi rəsmi olaraq qeydiyyatda deyil. Eyni zamanda, müharibə zamanı əsir də düşməyib. S. Tağıyev qeyd edib ki, rayondan müharibə zamanı yalnız bir əsir olub: "O da Dəllərcırdaxan kəndindən idi. Müharibədən sonra həmin əsir geri qaytarılıb. İlkin Hüseynov isə müharibəyə könüllü gedib. Müharibədən qayıtdıqdan sonra da onun ailəsinə dəfələrlə özüm baş çəkmişəm. Hətta Gəncəyə xəstəxanaya da aparmışam. Problemləri ilə daimi maraqlanırıq. Hazırda da dövlətin xəttiylə Maştağada müalicə alır".
İ.Hüseynovun anası Xatirə Hüseynova da saytımıza açıqlamasında bu faktı təsdiqləyib: "Oğlum Maştağada 1 nömrəli Psixiatriya xəstəxanasında iki həftədir müalicə alır. Burada onu yaxşı müalicə edirlər. Bundan əvvəl Şəmkirdə xəstəxanada müalicə olurdu. Müharibədə qorxub, ona görə də psixoloji problemləri yaranıb. Ancaq yaralı qazi deyil və əsirlikdə də olmayıb.
Əsəb sistemində yaranan pozğunluğa görə komaya düşür. Xəstəxanada olduğu müddətdə dünən bir dəfə komaya düşüb. İlkin müharibə başlayandan cəbhəyə gedib və bitəndən sonra geri qayıdıb. Laçında olub. Oğlumun 26 yaşı var, ailəsindən boşanıb, 1 övladı var. Mənimlə qalır. Mən də işləmirəm, həyat yoldaşımdan ayrılmışam. Maddi imkanımız aşağıdır".
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO
Bakıda dəhşətli qətl baş verdi - FOTO
Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Səkkiz marşrutun hərəkət istiqaməti dəyişdirildi
Bakıda mənzillər ancaq bu halda ucuzlaşa bilər - AÇIQLAMA
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ










