Evlər vətəndaşlar içəridə ola-ola sökülür? - VİDEO

Bakının Yasamal rayonu, Alatava 1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işlərinin aparıldığı deyilir.
Avtosfer.az xəbər verir ki, bir neçə həftə əvvəl çəkildiyi deyilən videodan görünür ki, vətəndaşlar eyvanda dayanaraq söküntü prosesini izləyirlər. Onların çığırtılarından bilinir ki, söküntü haqda əvvəlcədən məlumatları olmadıqları üçün evlərini tərk edə bilməyiblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza bildirib ki, məsələ ilə bağlı ərazi polis orqanına müraciətlər daxil olub. Araşdırma aparılır.
İddialara görə, söküntünü həyata keçirən “Melissa” tikinti şirkətidir. Yayılmış görüntülərlə əlaqədar şirkətlə əlaqə saxlasaq da, açıqlama verilməyib.
Xatırladaq ki, ötən ay da həmin ərazidə yaşayan bəzi sakinlər onların xəbəri olmadan evlərinin söküldüyünübildirmişdilər.
Video: Baku TV
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












