"F-35" yerə çırpıldı: 11 dəqiqə nəzarətsiz uçdu

ABŞ Dəniz Piyadaları Korpusunun "F-35" döyüş təyyarəsi pilotun səhv qərarı nəticəsində təxminən 11 dəqiqə havada nəzarətsiz uçduqdan sonra qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, Dəniz Piyadaları Korpusunun açıqladığı araşdırma hesabatına görə, təxminən 100 milyon dollar dəyərində olan təyyarənin qəzaya uğramasının səbəbi pilotun səhv qiymətləndirməsi olub.
Hadisə 2023-cü il sentyabrın 17-də güclü yağış zamanı baş verib. Pilot elektrik naqillərindəki nasazlıqlar və ekranlardakı problemlər səbəbindən ejektor oturacağından istifadə edərək təyyarəni tərk edib.
Ancaq bu vaxt “F-35” avtomatik uçuş idarəetmə sistemləri sayəsində təxminən 11 dəqiqə 112 kilometr məsafədə öz başına uçmağa davam edib.
İstintaq hesabatına görə, “F-35” təyyarəsi qəzadan əvvəl sıx meşəlik ərazidən keçib və dağıntı sahəsinin uzunluğu təxminən 1800 metrdir.
Dağıntı sahəsində sıx ağac meşələri, pambıq və soya tarlaları olub. Bildirilib ki, qəza nəticəsində ətraf ərazilərə heç bir xəsarət yetirilməyib, lakin xüsusi mülkiyyətdə olan meşə sahələrinə və kənd təsərrüfatı torpaqlarına ziyan dəyib.
Araşdırma nəticəsində qəza ilə bağlı cinayət işi başlanması tövsiyə edilməyib.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












