FHN “Bakı Metropoliteni” QSC-də yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri razılaşdırılmış cədvələ əsasən “Bakı Metropoliteni” QSC-nin N.Nərimanov adına elektrik deposunun ərazisində yerləşən vaqon parkında yanğın-taktiki təlim keçirib.
Avtosfer.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, elektrik deposunun ərazisində yerləşən vaqon parkında 27-ci yolda dayanan qatarın ikinci vaqonunda baş vermiş şərti yanğın hadisəsi yanğın-taktiki təlimin əsas mövzusu olub. Şərti yanğın hadisəsi barədə səs ucaldıcı vasitəsilə yanğın baş verməsi barədə məlumat verilib, dərhal Metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə yanğın barədə “məlumat ötürülüb”. Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinin yanğın avtomobilləri və canlı qüvvəsi şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək “yanğını söndürüblər”.
- AVRO-2020: İtaliya 1/8 finala yüksəlib, Türkiyə işini çətinə salıb
- Miqrasiya Xidməti Avropa çempionatı ilə əlaqədar Azərbaycana səfər edən əcnəbilərə müraciət edib
- Azərbaycanda son sutkada 177 nəfər COVID-19-dan sağalıb, 68 nəfər yoluxub - VİDEO
Təlim başa çatdıqdan sonra FHN-in əməkdaşları tərəfindən Metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı döyüş hərəkətləri, Metropoliten ərazisində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX








FOTO"/>






