FHN “Bakı Metropoliteni”ndə növbəti təlim keçirib - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri “Bakı Metropoliteni” QSC-nin "Dərnəgül” metro stansiyasında biirgə yanğın-taktiki təlim keçiriblər.
Avtosfer.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, təlim-məşqin mövzusu “Dərnəgül” stansiyasının 2-ci baş yolunda dayanan qatarın 1-ci vaqonunda baş vermiş şərti yanğın hadisəsinin söndürülməsi olub. Belə ki, şərti yanğın hadisəsi barədə səsucaldıcıyla məlumat verilib və Metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılmaqla yanaşı, hadisə barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi və Nərimanov rayon Yanğından Mühafizə hissələrinin qüvvələri hadisə baş vermiş ünvana gələrək şərti yanğını qısa müddət ərzində söndürüblər.
- Tarif Şurası dövlət qulluğuna qəbulda beşdən artıq müsahibədə iştirak üçün ödəniş müəyyənləşdirəcək
- Rusiyanın səhiyyə naziri: “Son illər iki ölkənin Səhiyyə nazirlikləri arasında aktiv əlaqələr olub”
- Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib
Təlim başa çatdıqdan sonra FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı davranış, Metropoliten ərazisində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.
Foto
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO















