FHN Bakıda qanunsuz tikintiləri dayandırdı - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, 27 ünvanında vətəndaşa məxsus üçmərtəbəli, mansardalı fərdi yaşayış binasının inşası zamanı tikintidə təhlükəsizlik qaydalarının pozulması faktı müəyyən edilib.
Belə ki, həmin ünvanda fərdi yaşayış binasının tikintisi üçün məlumatlandırma çərçivəsində Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilməsi və eskiz layihəsi icra hakimiyyəti ilə razılaşdırılmasına baxmayaraq, tikinti zamanı vətəndaş tərəfindən layihədən kənara çıxılaraq 3 mərtəbə və mansarda əvəzinə 4-cü mərtəbənin inşa edildiyi, 5-ci mərtəbədə isə tikinti-quraşdırma işlərinə başlanıldığı aşkar edilib.
Qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğu üçün Agentlik tərəfindən zəruri tədbirlərin dərhal görülməsi tələb olunaraq obyektdə tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.
Bundan əlavə, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, məhəllə 534, ev 2 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus qeyri-yaşayış sahəsinin xarici divarlarının sökülməklə binanın memarlıq görünüşünə qanunsuz dəyişiklik edilməsi faktı müəyyən edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Yasamal Rayon İcra Hakimiyyəti ilə görülmüş birgə tədbirlər nəticəsində sökülmüş divar bərpa edilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












