FHN Heydər Əliyev prospektində yanğının söndürülməsinin görüntülərini yayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda Heydər Əliyev prospektində baş verən yanğınla bağlı məlumat yayıb.
Avtosfer.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 24-də nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində hasar üzlüyündə yanğın hadisəsi barədə məlumat daxil olub. Belə ki, hadisə barədə saat 14:35-də daxil olan məlumat əsasında 6 dəqiqə sonra, yəni saat 14:41-də FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb.
Yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq 9 dəqiqə sonra - saat 14:50-də məhdudlaşdırılmaqla, saat 15:00-da tam söndürülüb.
İlkin məlumata əsasən, yanğın nəticəsində hasara vurulmuş penoplasdan ibarət üzlük 250 kv.m. sahədə yanıb. Hasar üzlüyünün qalan hissəsi və yaxınlıqdakı obyektlər yanğından mühafizə edilib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












