FHN: Kürdə istismara yararsız 20 ədəd sahibsiz taxta qayıq aşkar edilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Nazirliyin Muğan Regional Mərkəzi ilə birgə iyulun 2-də Neftçala rayonunun Kürkənd kəndinin Kür çayı sahilində təhlükəsiz istismar qaydalarının tələblərini pozan kiçikhəcmli gəmiləri aşkar etmək məqsədilə monitorinq keçirib.
Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, tədbirdə Neftçala rayonunun Kürkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları da iştirak ediblər.Monitorinq zamanı Kür çayı sahilində kustar qaydada inşa edilmiş və istismara yararsız 20 ədəd sahibsiz taxta qayıq aşkar edilib. Aşkar olunmuş qayıqlarla Kür ça yında insanların daşınmasının təhlükəli olduğu və qanunvericiliklə bu tip yararsız qayıqların istismarının qadağan olunduğu nəzərə alınaraq, insanların sularda təhlükəsizliyinin təmin olunması məqsədilə istismara yararsız həmin qayıqların ərazidən kənarlaşdırılmaqla istismardan çıxarılması üçün aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlərin görülməsinə başlanılıb.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX














