FHN orta məktəbdə təlim keçirib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Mingəçevir şəhər Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbdə fövqəladə hallarla mübarizəyə dair təlim keçirilib.
FHN-dən Avtosfer.az-a verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd məktəb kollektivinin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə bilik və bacarıqlarının artırılması, bu sahədə praktik vərdişlərin formalaşdırılmasından ibarət olub.
Əvvəlcə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan təlimin nəzəri mərhələsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarına dair məktəbin kollektinə ətraflı məlumatlar verilib, suallar cavablandırılıb.
Tədbirin praktiki hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, “zərərçəkmişlərə ilk yardımın göstərilməsi”, şərti yanğının söndürülməsi və digər əməliyyatlar uğurla icra olunub.
Sonda məktəbin kollektivinə texnikaların, xilasetmə alət və avadanlıqlarının istifadə qaydaları, taktiki-texniki göstəriciləri barədə məlumat verilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












